AZ EN RU

Naxçıvanda 52 nəfərin həlak olduğu dəhşətli təyyarə qəzasından 28 il ötür

1995-ci il dekabrın 5-də "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus olan "Naxçıvan-Bakı" reysi ilə hərəkət edən Tu-134 sərnişin təyyarəsi Naxçıvan hava limanından havaya qalxdıqdan bir neçə dəqiqə sonra sol mühərrik sıradan çıxıb, bort mühəndisi isə səhvən sağ mühərriki söndürüb. Bu zaman isə pilot təyyarəni 197 metr hündürlükdə olarkən qəza enişi barədə qərar qəbul edir. Saatda sürəti 290 km-ə düşən təyyarə yaşayış binalarının olduğu sahə ilə qarşılaşır. Dəhşətli fəlakətdən qurtulmaq üçün pilotlar sağa, 37 dərəcə bucaq altında kəskin dönüş etməyə məcbur qalırlar və hava limanı yaxınlığındakı açıq sahəyə istiqamətlənirlər. Naxçıvan şəhər Xətai məhəlləsindəki (Sovetabad) şumlanmış sahəyə düşən təyyarə yüksək gərginlikli elektrik xətlərinə toxunaraq alışıb.

Hadisə nəticəsində qəzada 82 nəfərdən 4 heyət üzvü olmaqla 52 nəfər həlak olub.

Nəşr edilib : 05.12.2023 17:20