AZ EN RU

Naxçıvanda 50-dən çox su basan zirzəmidə, həyətyanı sahədə tədbirlər görülüb

"Naxçıvanda təqribən 50-dən çox zirzəmidə, həyətyanı sahələrdən sular çəkilib və hazırda 15-ə yaxın heyətimiz bu işləri müxtəlif istiqamətlərdə həyata keçirir".
"Şərq qapısı" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respbublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayının komandiri Şərif Əsədov deyib. O, bildirib ki, bu gün günorta saat 13:00-dan etibarən Naxçıvan Muxtar Respublikası ərazisində, eləcə də Naxçıvan şəhərində intensiv xarakterli leysan yağışları nəticəsində Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə çox sayda müraciətlər daxil olub: "Belə ki, Naxçıvan şəhərinin müxtəlif küçə və prospektlərində, eyni zamanda fərdi yaşayış evlərinin, hündürmərtəbəli binaların zirzəmilərinə, doğum mərkəzinə və digər obyektlərə suyun dolması ilə əlaqədar məlumatlar daxil oldu. Bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin qüvvə və vasitələri dərhal hadisə yerinə cəlb olunub və bütün istiqamətlərdə paralel olaraq su basan yerlərdə əməliyyatlar aparılır. Hal-hazırda işlər davam etdirilir. Onu da qeyd edim ki, son zamanlar haba şəraitinin qeyri-sabit keçməsini nəzərə alaraq,  FHN-nin bütün qurumları gücləndirilmiş hazırlıq vəziyyətdə idi və hadisəyə dərhal, çevik halda reaksiya verildi, işlər operativ şəkildə aparılır".

Nəşr edilib : 14.05.2024 19:56