AZ EN RU

Naxçıvanda 4 ay ərzində 13 layihə maliyyələşdirib

Özəl sektora dövlət dəstəyi çərçivəsində Sahibkarlığın İnkişafı Fondu cari ilin ilk 4 ayı ərzində 13 layihə maliyyələşdirib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, həmin layihələrin maliyyələşdirilməsinə 284 min manat vəsait sərf olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur. Cari ilin 4 ayı ərzində qaytarılan kreditlərin həcmi 2,3 milyon manat olub ki, bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 42,8 faiz çoxdur. 
2024-cü ilin 4 ayı ərzində 401,1 min manat vaxtı keçmiş kredit vəsaitinin ödənilməsi təmin edilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,9 dəfə çoxdur.

Nail ƏSGƏROV

Nəşr edilib : 17.05.2024 14:39