AZ EN RU

Naxçıvanda 27 Sentyabr – Anım Günü qeyd olunub

Torpaq uğrunda, Vətən yolunda şəhid olan, onun keşiyini çəkib sərhəd daşına dönən oğullar heç vaxt unudulmur, əbədi yaşayırlar. II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalanlar bu gün hər birimizin and yerinə çevriliblər.

          II Qarabağ müharibəsinin başladığı tarix, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə ölkəmizdə təsis olunan 27 Sentyabr – Anım Günündə muxtar respublikada da ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimiz böyük ehtiramla yad olunub. Həmin gün muxtar respublikanın nazirlik, komitə, idarə, müəssisə və təşkilatlarının  nümayəndələri, demək olar ki, bütün sakinlər şəhid məzarlarını ziyarət ediblər. Məzarların önünə gül dəstələri qoyulub, dualar oxunub, ərazi bütövlüyümüz uğrunda canından keçən igidlərimiz minnətdarlıqla yad edilib.

Sentyabrın 27-də saat 12:00-da muxtar respublikanın bütün ərazisində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyatın hərəkəti dayandırılıb.

Nəşr edilib : 27.09.2023 12:08