AZ EN RU

Naxçıvanda 21-22 iyun tarixlərdə keçiriləcək "Qərbi Azərbaycana Qayıdış" festival-konqreslə bağlı olan hazırlıq işləri davam edir

Ölkəmizin dilbər güşələrindən biri olan Batabat yaylağında reallaşacaq festival tarixi ənənələrimizin qorunması, müasir yanaşmanın ələ alınması, tarixi ərazilərimizə qayıdışın və qovuşmanın iftixarı baxımından olduqca əhəmiyyətli olacaq.
"Şərq qapısı" xəbər verir ki, Batabat yaylağında Qərbi Azərbaycanla bağlı olan obaların qurulması, ərazinin festival üçün uyğun vəziyyətə gətirilməsi, müvafiq təsisatların yaradılması işləri uğurla davam etməkdədir.
El ağsaqqalı Dədə Qorqudun xeyir duası ilə başlanacaq Festival-konqresdə Qərbi Azərbaycanın tarixi, ənənələri, mədəniyyəti ilə bağlı olan 11 çadır-oba qurulacaq. Eyni zamanda müvafiq mövzu üzrə kitab, kulinariya, memarlıq, idman oyunları sərgiləri təşkil olunacaq.

Nəşr edilib : 17.06.2024 20:15