AZ EN RU

“Naxçıvançay-1” qum-çınqıl yatağından ayrılmış 5 hektar sahə istifadəyə verilib

İyunun 20-də Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yerin təkinin istifadəyə verilməsi üzrə auksion keçirilib.
 "Şərq qapısı" xəbər verir ki, Naxçıvan şəhəri və Babək rayonu ərazisində yerləşən “Naxçıvançay-1” qum-çınqıl yatağından ayrılmış 5 hektar sahə hərraca çıxarılıb. Başlanğıc qiyməti 25 min manat olan auksion 152 min manatla yekunlaşdırılıb. Beləliklə, sözügedən sahə 25 il müddətinə istifadəyə verilib. Auksionun qalibi isə "APF Beton Məmulatları Kompleksi " MMC olub.

Nəşr edilib : 20.06.2024 18:30