AZ EN RU

"Naxçıvanbank"dan Türkiyəyə Dəstək: 50 000 AZN ianə etdi

“Naxçıvanbank” ASC qardaş Türkiyə Respublikasında baş verən zəlzələdən zərərçəkənlərə humanitar yardım məqsədilə AFAD fonduna 50 000 AZN ianə edib. Qeyd edək ki, hadisənin ilk günündən bankın əməkdaşları tərəfindən fərdi şəkildə zərərçəkənlər üçün ianə köçürmələri və yardımlar həyata keçirilib. Bundan əlavə "Naxçıvanbank"ın kollektivi adından növbəti dəfə 500-dən çox ailənin ehtiyacını qarşılayacaq yardım qutuları hazırlanaraq Türkiyəyə yola salınıb.

Həmçinin bank müştərilər tərəfindən Türkiyəyə edilən ianə köçürmələri üzrə komissiyanı da ləğv edib. Bank üzərindən hər kəs Türkiyəyə ianə köçürmələrini ƏDV-siz, komissiyasız və sürətli şəkildə həyata keçirə bilər.

"Naxçıvanbank" hər zaman qardaş Türkiyənin yanında olduğunu bildirir, faciədə həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa, ailələrinə səbr diləyir.

Nəşr edilib : 16.02.2023 10:49