AZ EN RU

“Naxçıvanbank” Türkiyəyə ianə köçürmələrini komissiyasız edib

“Naxçıvanbank” ASC Türkiyəyə ianə köçürmələrini komissiyasız edib.

“Naxçıvanbank” ASC rəhbərliyinin qərarına əsasən qardaş Türkiyə Respublikasında zəlzələdən zərərçəkənlərə yardım etmək məqsədilə "Naxçıvanbank"dan edilən bütün pul köçürmələri komissiyasız həyata keçirilir.

Bildirilib ki, təyinatı üzrə həm fiziki, həm də hüquqi şəxslər "Naxçıvanbank"ın filiallarına yaxınlaşaraq Türkiyəyə maddi yardım köçürmələrini rahat, sürətli və komissiyasız şəkildə həyata keçirə bilərlər.

"Türkiyədə zəlzələ nəticəsində həlak olanlara Allahdan rəhmət, yaralılara şəfa, ailələrinə səbr diləyirik"- bankın açıqlamasında əlavə edilib.

Nəşr edilib : 08.02.2023 17:49