AZ EN RU

Naxçıvanbank əməkdaşlarının inkişafına ən çox yatırım edən banklar sırasında ikinci yerdədir

Daim öz əməkdaşlarının inkişafına investisiya yönəldən Naxçıvanbank Müştəri xidmətləri əməkdaşlarını “Universal bank işçisi” layihəsinə cəlb edərək onların bilik və bacarıqlarının yüksəldilməsinə dəstək olub.

Bank İCC (İnternational Consulting Company) tərəfindən  2022-ci il üzrə “Əməkdaşların inkişafına ən çox yatırım edən bank” nominasiyası üzrə II yerə layiq görülüb.

2022-ci ildə əsas strateji hədəflərdən olan “Universal bankçılıq” xidmətlərinə keçidi ilin sonunda tam şəkildə yekunlaşdıran bankda Beynəlxalq sertifikatlı  əməkdaşlar müştərilərə yüksək keyfiyyətli universal  xidmətlər göstərirlər.

Müştəri xidmətlərinin yeni struktur dəyişikliklərindən sonra müştərilər hesablaşma-kassa əməliyyatları ilə birlikdə kreditləşmə proseslərini də həyata keçirə bilirlər.

Növbəti ildə də bank əməkdaşlarının qarşısında duran  əsas strateji hədəf korporativ və pərakəndə fəaliyyət seqmentləri üzrə yeni məhsullar təqdim etmək, rəqəmsal bankçılıq xidmətlərini təkmilləşdirmək və ümumi xidmət səyiyyəsini yüksəltməkdir.

Nəşr edilib : 30.12.2022 19:28