AZ EN RU

Naxçıvana yağan yağışdan sonra fərdi evi su basıb

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, Əliabad qəsəbəsi ərazisində vətəndaşa məxsus fərdi yaşayış evinin zirsəmisinə 24 dekabr gecə saatlarında yağış yağması nəticəsində su dolması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb olunub.
Görülən tədbirlər nəticəsində subasmaya məruz qalan evin zirzəmisindən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.

Nəşr edilib : 25.12.2023 14:44