AZ EN RU

Naxçıvana sərmayə qoymaq üçün gəlmişik

"Naxçıvanda günəş enerjisi, dəmir və avtomobil yolları infrastrukturu üçün böyük potensial var. Buraya sərmayə qoymaq üçün gəlmişik"
Bu fikirləri Naxçıvanda jurnalistlərə açıqlamasında “Özgün İnşaat”ın direktor müavini Mehmet Can Seyman bildirib.
O qeyd edib ki, “Özgün İnşaat” Azərbaycanda ilyarımdır fəaliyyət göstərir: “Bir su kanalı layihəsində işlər artıq yekunlaşmaq üzrədir. Əsas fəaliyyət sahəmiz əslində nəqliyyat infrastrukturudur. Xüsusən də quru yol və dəmir yolu kimi infrastruktur işləri bizim ana xəttimizi təşkil edir. Bununla yanaşı, günəş enerjisi sahəsində də layihələr həyata keçiririk. Bu sahədə xeyli təcrübəmiz var. Həm Azərbaycanın digər bölgələri, həm də Naxçıvanda bu istiqamətdə axtarışlar aparırıq”.
“Xüsusi qeyd etməliyəm ki, Naxçıvanda günəş enerjisi, dəmir yolu və quru yol infrastrukturu üçün böyük potensial var. Buraya sərmayə qoymaq üçün gəlmişik. İnşallah, yaxın gələcəkdə Naxçıvanda da işlərimizi həyata keçirməyə başlayacağıq. Artıq biz Naxçıvanda ən qısa zamanda öz nümayəndəliyimizi də quracağıq”, - deyə o əlavə edib.

Nəşr edilib : 26.01.2024 13:46