AZ EN RU

Naxçıvana dotasiya 24 % azaldılır

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 343,3 milyon manatı və yaxud 0,9 %-i Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın payına düşəcək.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 24,2 % azdır.

Naxçıvana dotasiya ümumi dövlət xidməti xərclərinin 7,1 %-ni təşkil edəcək.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.

Nəşr edilib : 14.10.2023 11:55