AZ EN RU

Naxçıvana 202 min 427-dən çox dərslik və məktəb sənədləri gətirilib

Ölkəmizin hər yerində olduğu kimi, Naxçıvanda da şagirdlərin dərsiklərlə təminatı diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə yeni dərs ilinə hazırlıqla əlaqədar 2023-2024-cü tədris ili üçün dərslik və dərs vəsaitlərinə olan tələbat müəyyənləşdirilib, ehtiyaca uyğun 202 min 427-dən çox dərslik və məktəb sənədləri muxtar respublikaya gətirilib. Ötən il sentyabrın 12-də muxtar respublikanın bütün ümumtəhsil məktəblərində bölgü əsasında dərsliklərin şagirdlərə paylanılması həyata keçirilib.

                   Nail ƏSGƏROV

Nəşr edilib : 16.01.2024 10:54