AZ EN RU

Naxçıvan-Xok istiqamətində marşurutların sayı artırılıb

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabe qurumu “Dövlət Nəqliyyat Xidməti” publik hüquqi şəxsi tərəfindən sərnişin sıxlığı nəzərə alınaraq Xok-Naxçıvan-Xok istiqamətində hərəkət edən marşrut xəttinə sınaq məqsədilə iritutumlu əlavə 2 marşrut salınıb. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən APA-nın yerli bürosuna verilən  məlumata görə, bu marşrutlar gün ərzində 4 reys olmaqla Naxçıvan şəhərindən Xok kəndinə 2 reys (07:40-18:00) və 2 reys isə (08:20 -18:40) əks istiqamətə hərəkət sxemi üzrə sərnişinlərə xidmət edəcək.

Xatırladaq ki, hazırda həmin marşrut xəttində ümumilikdə, gün ərzində 12 reys olmaqla Xok-Naxçıvan-Xok istiqamətində sərnişindaşıma fəaliyyəti həyata keçirilir. 

Ümumi istifadədə olan marşurutlarının sayının artırılması  vətəndaşların rahat və birbaşa ictimai nəqliyyatla sürətli gediş-gəlişini təmin edəcəkdir.

Nəşr edilib : 11.12.2023 10:03