AZ EN RU

Naxçıvan voleybolçuları üçün milli komandaya seçim imkanı

Azərbaycan Voleybol Federasiyasının bölgələrdə voleybolun inkişafı, milli komandalar üçün istedadlı idmançı seçimi və hazırlığı məqsədilə növbəti səfəri Naxçıvan şəhərinə olub. İlham Əliyev adına Olimpiya İdman Kompleksində federasiya nüməyəndələri, yeniyetmə və gənc qızlardan ibarət Azərbaycan milli komandalarının baş məşqçisi Şahin Çatmanın iştirakı ilə “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsinə start verilib. Düşərgədə muxtar respublikanın şəhər və rayonlarından seçilmiş 2011-2012-ci il təvəllüdlü qızların iştirakı təmin edilib. Seçim xarakterli düşərgə bu gün yekunlaşacaq.

AVF tərəfindən Gəncə və Tovuzda eyniadlı düşərgələr təşkil olunub. Məqsəd Azərbaycanın qadınlardan ibarət milli komandası üçün potensial namizədlər yetişdirmək, bu prosesə qatqı verə biləcək yerli məşqçilər formalaşdırmaqdır.  

Naxçıvan Muxtar Respublikası Gənclər

və İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 15.02.2024 14:44