AZ EN RU

Naxçıvan Voleybol Federasiyası gələcəyin voleybol ulduzlarını axtarır

Naxçıvan Voleybol Federasiyası potensiallı uşaq və yeniyetmələrin voleybol idman növünə qazandırılması və gələcəyin voleybol ulduzu ola biləcək istedadların üzə çıxarılması üçün ilk dəfə olaraq “Seçim günü” elan edir.  Seçimlərdə 2008, 2009, 2010, 2011, 2012 və 2013-cü il təvəllüdlü oğlan və qızlar iştirak edə bilərlər. Seçimlər oğlanlar üçün 1 mart 2024-cü il tarixində, qızlar üçün isə 2 mart 2024-cü il tarixində saat 15:30-da Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində aparılacaq.


Seçimlərdə iştirak üçün yaş qruplarında tələb olunan boy ölçüləri aşağıdakı kimidir:

Oğlanlar                                                                         

2008 – 1,85 sm və ondan hündür                               

2009 – 1,80 sm və ondan hündür                             

2010 – 1,75 sm və ondan hündür                               

2011 – 1,70 sm və ondan hündür                               

2012 – 1,65 sm və ondan hündür                                 

2013 – 1,60 sm və ondan hündür                                

Qızlar  

2008 – 1,75 sm və ondan hündür

2009 – 1,70 sm və ondan hündür 

2010 – 1,65 sm və ondan hündür

2011 – 1,60 sm və ondan hündür

 2012 – 1,55 sm və ondan hündür

 2013 – 1,50 sm və ondan hündür

Qeyd edək ki, müvafiq kriteriyalara uyğun gələn uşaq və yeniyetmələr Naxçıvanın müxtəlif yaş kateqoriyaları üzrə seçmə komandalarının baza tərkibinə daxil ediləcək və peşəkar voleybol məşqlərinə cəlb olunacaqlar.

Naxçıvan Voleybol Federasiyası gələcəyimiz olan uşaqların qayğısına qalan və daim onların uğurları üçün çalışan, dəstək olan valideynlərə öz təşəkkürünü bildirir.

Əlaqə telefonu: 070 611 20 20

www.facebook.com/naxcivanvoleybol

www.instagram.com/naxcivanvoleybol

Nəşr edilib : 23.02.2024 10:14