AZ EN RU

“Naxçıvan” Universitetinin tələbələrinə Ulu Öndərin həyatı və siyasi fəaliyyətinə həsr olunmuş mühazirə keçirilib

Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”.

Bu fikirlər martın 16-da Heydər Əliyev Muzeyində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan” Universitetinin tələbələrinə “Heydər Əliyev və milli ideologiyamız” mövzusunda keçirilən mühazirə zamanı səsləndirilib.

 “Heydər Əliyev İli” çərçivəsində keçirilən mühazirə zamanı Nazirliyik Aparatının şöbə müdiri Gülbuta Babayeva Ümummilli Lider Heydər Əliyevin bizlərə ərmağan etdiyi zəngin dövlətçilik irsi və həyat fəlsəfəsinin hər zaman diqqət mərkəzində olacağını deyib. Bildirilib ki, Ulu Öndərin bütün həyatının mənası Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq və onu dinamik inkişaf yoluna qoymaq olub.

Sonra mövzu ilə bağlı Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent  Elman Cəfərlinin çıxışı dinlənilib. Çıxış zamanı xalqımız üçün əbədi milli ideologiyanın Ümummilli Liderin müəllifi olduğu Azərbaycançılıq ideologiyası olduğu vurğulanıb, yaranması və nəzəri əsasları haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, xalqımızın milli-mənəvi dəyərlər sisteminin əsasına və milli sərvətinə çevrilmiş Azərbaycançılıq ideologiyasının yaşadılması və onun təməl prinsipləri üzərində inkişaf etdirilməsi gələcək nəsillərə Ümummilli Liderimizin miras qoyduğu vəzifədir.

Sonda muzeyin ekspozisiyasına baxış olub.

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 16.03.2023 14:23