AZ EN RU

"NAXÇIVAN" UNİVERSİTETİNİN MÜƏLLİMİ BEYNƏLXALQ SERTİFİKAT ALIB

“Naxçıvan” Universitetinin “Xarici dillər” fakültəsinin baş müəllimi Xəzrin Zeynalova beynəlxalq sertifikata layiq görülüb. O, beynəlxalq səviyyədə tanınan World TESOL Akademiyasında onlayn formada kurs keçib və 120 saatlıq kursun sonunda müvəffəqiyyət qazanıb.   
       Məlumat üçün bildirək ki, TEFL/TESOL kursları ingilis dilinin xarici/ikinci dil kimi tədrisi keyfiyyətinin inkişafı üçün təbii bir platformadır. Belə ki, TESOL beynəlxalq qüvvəyə malik bir sənəddir. Bu sənədlə siz dünyanın istənilən ölkəsində ingilis dili müəllimi kimi işləmək imkanı əldə edə bilərsiniz.  Başqa dillərdə danışanlara ingilis dilini öyrətmək mənasını verən bu sertifikat dünyanın istənilən yerində ingilis dilini öyrədə biləcəyinizi göstərir.  Başqa sözlə, bu sertifikatla müxtəlif dillərin danışıldığı bir çox ölkədə ingilis dili müəllimi kimi peşənizi davam etdirə bilərsiniz. TESOL ölkəmizdə Təhsil Nazirliyi tərəfindən də tanınan mühüm bir sertifikatdır. 
       Kursu müvəffəqiyyətlə bitirib sertifikat qazanan müəllimlər isə ingilis dili müəllimi olmaq üçün lazım olan təməl bacarıqları öyrənməklə yanaşı, bir sıra sinif idarəetmə bacarıqlarını, dil öyrətmə üsullarını, eyni zamanda  ingilis dilini necə inkişaf etdirməyə dair əsas anlayışları da öyrənirlər.

Nəşr edilib : 08.10.2022 11:31