AZ EN RU

"Naxçıvan" Universitetinin konfrans zalında infosessiya keçiriləcək

Yanvarın 15-də saat 11: 00-da Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının dəstəyi ilə 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ilk dəfə səs verəcək tələbə-gənclər üçün seçki hüququ ilə bağlı "Naxçıvan" Universitetinin konfrans zalında infosessiya keçiriləcək.

İnfosessiyada 4 saylı Naxçıvan şəhər Dairə Seçki Komissiyanın sədri Çingiz Həsənli çıxış edəcək. 

Maarifləndirici infosessiyanın keçirilməsində əsas məqsəd seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə gənclərin maarifləndirilməsi, habelə baş tutacaq seçkilərdə ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.

Nəşr edilib : 14.01.2024 20:33