AZ EN RU

“Naxçıvan” Universitetinə yeni dekanlar təyin olunub

Universitetdə müvafiq fakültələrdə boş olan dekan vəzifələrinin tutulması üçün seçkilər keçirilib.

Seçkilər Təhsil Nazirliyinin Kollegiyasının 2017-ci il 15 noyabr tarixli 5/5 nömrəli Qərarı ilə təsdiq olunmuş "Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları"na uyğun olaraq səsvermə yolu ilə keçirilib.

Seçkilərin nəticələrinə görə, i.ü.f.d., dos. Ceyhun Mahmudiv İqtisadiyyat fakültəsinin, i.ü.f.d., dos. İradə Bağırova İdarəetmə fakültəsinin, p.ü.f.d., dos. Lalə Allahverdiyeva Pedaqoji fakültənin, f.ü.f.d., dos. Leyla Səfərova isə Xarici dillər fakültəsinin dekanı vəzifələrinə seçiliblər.

Nəşr edilib : 07.07.2023 14:33