AZ EN RU

“Naxçıvan” Universitetində yenilik: MBA üzrə yeni ixtisaslaşma yaradıldı

    “Naxçıvan” Universitetində MBA (Master of Business Administration) proqramı çərçivəsində “Biznesin idarə edilməsi” üzrə Ümumi təyinatlı yeni ixtisaslaşma yaradılıb. Bu barədə “Naxçıvan” Universitetinin Tədris şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru  Anar Abuzərli ətraflı məlumat verib. Bildirib ki, yeni ixtisaslaşmanın tədrisinə bu ildən etibarən başlanılacaq. Anar Abuzərli açıqlamasında qeyd edib ki, universitetin təqdim etdiyi MBA proqramının əsas üstünlüyü tələbələrə təcrübə yönümlü bilik və bacarıqlar qazandırmaq, eyni zamanda onları iş həyatına hazırlamaqdan ibarətdir. Artıq MBA proqramı üzrə təhsil almaq istəyən tələbələr “Naxçıvan” Universitetini rahatlıqla seçə biləcək. Həmçinin qeyd edilib ki, təhsilin davametmə müddəti ənənəvi magistr təhsil proqramına uyğun olaraq 2 il nəzərdə tutulub.

“Naxçıvan” Universitetinin mətbuat xidməti

Nəşr edilib : 21.06.2023 12:34