AZ EN RU

“Naxçıvan” Universitetində Respublika konfransının bölmə iclasları keçirilib

Mayın 26-da “Naxçıvan” Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və milli dövlətçilik məsələləri” mövzusunda Respublika konfransının bölmə iclasları keçirilib.

Konfransın “Beynəlxalq münasibətlər və hüquq” bölməsinin iclası universitetin “Ümumtarix və beynəlxalq münasibətlər” kafedrasının müəllimləri T.e.d. Emin Şıxəliyev və dos. Elçin Zamanovun moderatorluğu ilə keçirilib. Bildirilib ki, bölməyə, ümumilikdə 22 tezis və məqalə daxil olub.

“Beynəlxalq münasibətlər və hüquq” bölməsinin iclasında AMEA Naxçıvan Bölməsindən Emin Şıxəliyev “Ermənilərin ərazi iddialarına qarşı ən böyük maneə kimi Heydər Əliyev faktoru”, Gəncə Dövlət Universitetindən Vüsalə Veysəlova “Zəngəzur dəhlizi Türk dünyasını birləşdirən yol kimi”, Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) Hümeyrə Mustafayeva “Ümummilli Lider Heydər Əliyev Azərbaycanda demokratik hüquqi dövlət quruculuğunun banisidir”, AMEA-nın Qafqazşünaslıq İnstitutundan Ramilə Dadaşova “Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin milli köklər üzərində qurulmasında rolu”, Naxçıvan Dövlət Universitetindən Elçin Zamanov “Türk dövlətlərinin geosiyasətində Zəngəzur dəhlizi və Cənubi Qafqazda yeni qüvvələr tarazlığı reallaşdırma cəhdi” AMEA Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutundan Gülər Qafqazlı “Heydər Əliyev Azərbaycan və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin qurucusu kimi”, “Naxçıvan” Universiteti Yunis Xəlilov “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanda hüquqi islahatların banisidir” mövzusunda çıxış ediblər.

Konfransın “Filologiya” bölməsinin iclası universitetin “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müəllimləri Prof. Əbülfəz Quliyev və Prof. Sədaqət Həsənovanın moderatorluğu ilə keçirilib. Bildirilib ki, ümumilikdə 28 tezis və məqalə daxil olub.

“Filologiya” bölməsinin iclasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan Salidə Şərifova “İbrahim Yusifoğlunun “O, günəş ömrüdü, sönməyəcəkdir” poemasında Heydər Əliyevin bədii obrazı haqqında”, AMEA Naxçıvan Bölməsi İncəsənət Dil və Ədəbiyyat İnstitutundan Əbülfəz Quliyev “Heydər Əliyev və Türk dünyası məsələləri”, “Naxçıvan” Universitetindən Sədaqət Həsənova “Heydər Əliyevin din mövzusundakı çıxışlarının dil-üslub xüsusiyyətləri”, Naxçıvan Dövlət Universitetindən Qənirova Əsgərova “Heydər Əliyevin nitqlərində sadə cümlələrin üslubi imkanlari (sual cümlələri üzrə)” mövzularında məruzə ediblər.

Konfransın “İqtisadiyyat və idarəetmə” bölməsinin iclası universitetin “İdarəetmə” kafedrasının müəllimi Prof. Mehdi Bağırov və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Mühasibat uçotu və audit” kafedrasının dosenti Kifayət Xudaverdiyevanın moderatorluğu ilə keçirilib. Bildirilib ki, ümumilikdə 31 tezis və məqalə daxil olub.

 “İqtisadiyyat və idarəetmə” bölməsinin iclasında “Naxçıvan” Universitetindən Mehdi Bağırovun “Müstəqil Naxçıvanın həyatında Heydər Əliyev ənənələri”, Gəncə Dövlət Universitetindən İlham Məmmədov “Neft müqavilələrinin Azərbaycan Respublikasının iqtisadi inkişafında rolu”,  Mingəçevir Dövlət Universitetindən Yeganə Məmmədli “Heydər Əliyev və aqrar sahənin modernləşdirilməsi məsələləri”, Dövlət Gömrük Komitəsinin Akademiyasından Gülşad Abdullayeva “Heydər Əliyev və müasir gömrük siyasəti” mövzularında məruzə ediblər.

Konfransın “Siyasi və humanitar elmlər” bölməsinin iclası universitetin “Ümumtarix və beynəlxalq münasibətlər” kafedrasının müəllimi T.e.d. Xəzər Hüseynov və Naxçıvan Dövlət Universitetinin müəllimi T.e.d. Sevinc Abbasovanın moderatorluğu ilə keçirilib. Bildirilib ki, ümumilikdə 40 tezis və məqalə daxil olub.

“Siyasi və humanitar elmlər” bölməsinin iclasında AMEA Naxçıvan Bölməsindən İsmayıl Hacıyev “Heydər Əliyev və milli dövlətçilik”, AMEA-nın Qafqazşünaslıq İnstitutunda Qasım Hacıyev “Heydər Əliyevin Ermənistanın Azərbaycana əsassız ərazi iddialarına qarşı fəaliyyəti”, “Naxçıvan” Universitetindən Xəzər Hüseynov “Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında həyata keçirilən torpaq islahatları”, Naxçıvan Dövlət Universitetindən Sevinc Abbasova “Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda birinci rəhbərliyi dövründə qadınların istehsalata cəlb olunması və dövlət qadın siyasətinin inkişaf perspektivləri” mövzusunda çıxış ediblər.

Konfransın “Elm və təhsil” bölməsinin iclası universitetin “Riyaziyyat və informatika” kafedrasının müəllimi Dos. Elşad Ağayev və Naxçıvan Dövlət Universitetinin müəllimi Dos. Nəzakət İsmayılovanın moderatorluğu ilə keçirilib. Bildirilib ki, ümumilikdə 48 tezis və məqalə daxil olub.

“Elm və təhsil” bölməsinin iclasında ADPU-dən Zəhra Həsənova “Azərbaycan təhsilinin hamisi”, H.Ə.Əliyev adına Coğrafiya İnstitutundan Mənsurə İsmayılova “Azərbaycanda üzümçülüyün inkişafinda Heydər Əliyevin rolu”, Mingəçevir Dövlət Universitetindən Çinarə Yolçubəyli “Elm və təhsilin himayədarı Heydər Əliyev”, Naxçıvan” Universitetindən Xəzrin Zeynalova “Təhsildə Heydər Əliyev irsi” mövzusunda məruzələrini təqdim ediblər.

Konfransın “Mədəniyyət” bölməsinin iclası universitetinin “Pedaqogika və psixologiya” kafedrasının müəllimləri Dos. Lalə Allahverdiyeva və dos. Nəzakət Yusifovanın moderatorluğu ilə keçirilib. Bildirilib ki, ümumilikdə, 51 tezis və məqalə daxil olub.

“Mədəniyyət” bölməsinin iclasında Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan Sevinc Muxtarova “Heydər Əliyev və müstəqil Azərbaycan gəncliyi”, ADSNU-dan Sevda Əmirova “Xalqı gələcəyə aparan şəxsiyyət”, AMEA-nın Qafqazşünaslıq İnstitutundan Yeganə Baxşıyeva “Heydər Əliyev fenomeni və milli mədəniyyətimiz”, Azərbaycan Respublikasının Təhsil İnstitutundan Sevinc Əliyeva “Heydər Əliyev ideyalarında uşaqlara sevgi və hörmət”, Naxçıvan Müəllimlər İnstitutundan Nərmin Həsənova “Ulu Öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda məruzə ediblər.

Məlumat üçün bildirək ki, iki gün davam edən konfrans öz işini 6 bölmə iclası ilə yekunlaşdırıb. “Beynəlxalq münasibətlər və hüquq”, “Filologiya”, “İqtisadiyyat və idarəetmə”, “Siyasi və humanitar elmlər”, “Elm və təhsil”, “Mədəniyyət” adlı bölmələrdə müvafiq mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb. Ümumilikdə isə konfransa 20 ali təhsil və elmi tədqiqat müəssisəsindən 220 məqalə və tezis daxil olub.

Eyni zamanda, “Heydər Əliyev və milli dövlətçilik məsələləri” mövzusunda keçirilən Respublika konfransı materiallarının “Naxçıvan” Universiteti tərəfindən ayrıca kitab halında nəşr ediləcəyi də diqqətə çatdırılıb.  

Nəşr edilib : 26.05.2023 15:58