AZ EN RU

“Naxçıvan” Universitetində Milli Qurtuluş Günü qeyd olunub

 “Naxçıvan” Universitetində 15 iyun - Milli Qurtuluş Günü ilə bağlı Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı ilə birgə “15 İyun müasir tariximizin dönüş mərhələsidir” mövzusunda konfrans keçirilib.
       Əvvəlcə “Naxçıvan” Universitetinin Elmi Kitabxanasında Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini, zəngin idarəçilik təcrübəsini, uzaqgörən daxili və xarici siyasətini, elm, təhsil, mədəniyyət sahəsindəki xidmətlərini əks etdirən sərgiyə baxış keçirilib.
      Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
      “Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin inkişafı naminə misilsiz xidmətlər göstərmiş Ümummilli Liderin hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyət olduğunu söyləyib. Anar Kazımov bildirib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür.
      Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, dosent Elman Cəfərli bildirib ki, 30 il bundan öncə xalqımız öz dahi vətənpərvər oğlu, qüdrətli siyasi xadim, Ümummilli Liderimiz Heydər Əliyevin böyük zəkası, fədakarlığı, cəsarəti, iradəsi,qətiyyəti, müdrikliyi, uzaqgörənliyi, zəngin həyat və idarəçilik təcrübəsi nəticəsində ictimai-siyasi böhrandan, vətəndaş müharibəsi təhlükəsindən, separatçılıq meyillərindən xilas olub. Heydər Əliyev tarix və xalq qarşısında öz missiyasını hünərlə, qətiyyətlə, xalqına, millətinə məhəbbətlə yerinə yetirib. Məhz buna görə də 15 İyun Azərbaycanın tarixinə ölkəni xilas edən böyük qayıdış kimi şərəflə yazılıb. Bu gün sürətlə inkişaf edən, dünya birliyində öz layiqli yeri və mövqeyi olan müstəqil, hüquqi, demokratik, dünyəvi Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridir.
     “Naxçıvan” Universitetinin “Turizm işinin təşkili üzrə III kurs tələbəsi İbrahimov Ulu Öndərin gənclərə göstərdiyi qayğı və diqqətdən söz açaraq Azərbaycan xalqının tarixindəki əvəzsiz xidmətlərindən bəhs edib. Qeyd edib ki, Ulu Öndərin siyasi kursu bu gün  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
       Konfrans Naxçıvan” Universitetinin bir qrup tələbəsinə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələrinin təqdim olunması və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş TEC konfransının yekun mükafatlandırılması ilə davam edib. Tələbələrin ifasında dahi şəxsiyyət Heydər Əliyevə həsr olunmuş şeir və musiqi nömrələri səsləndirilib.

Nəşr edilib : 13.06.2023 15:47