AZ EN RU

“Naxçıvan” Universitetində Mətbuat Şurasının sədri ilə görüş keçirilib

Bu gün “Naxçıvan” Universitetində Mətbuat Şurasının sədri Rəşad Məcidlə görüş keçirilib. 

Görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

“Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov universitetin inkişafı istiqamətində atılan ardıcıl addımlardan, kadr hazırlığından, müəllimlərin peşəkarlığının artırılması, beynəlxalq təcrübənin mənimsənilməsi sahəsində görülən işlərdən danışaraq Mətbuat Şurası ilə birgə layihələrin icrasında maraqlı olduğunu vurğulayıb. 

Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, universitetin inkişafı ilə bağlı görülən işlər tələbələrin karyera gələcəyinə olan ümidləri əhəmiyyətli dərəcədə artırır. Bu istiqamətdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirən Rəşad Məcid birgə əməkdaşlığın faydalı olacağına əminliyini ifadə edib. 

Görüşdə gələcək perspektivlər və səmərəli qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub.

Nəşr edilib : 13.05.2023 20:32