AZ EN RU

“Naxçıvan” Universitetində məlumatlandırma günü keçirilib

“Naxçıvan” Universitetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsi çərçivəsində məlumatlandırma günü təşkil edilib.

Tədbirdə universitetin akademik və inzibati heyəti  iştirak edib. Tədbir ali təhsil müəssisələrinin strateji inkişaf  proqramlarının müzakirəsi və təhsildə elmi tədqiqat problemlərinə həsr edilib.
Bununla bağlı 27 fevral- 4 mart tarixlərində İsveç krallığının Stockholm şəhərində təlim və seminarlarda iştirak etmiş “Naxçıvan”Universitetinin Keyfiyyət Təminatı Mərkəzinin müdiri Ruqiyyə Kərimova və universitetin Elm və innovasiyalar şöbəsinin müdiri Zamin Babazadə iştirakçılara ətraflı məlumat veriblər.
R. Kərimova Kral Texnologiya İnstitutunun (KHT) təşkil etdiyi strateji inkişaf və keyfiyyət məsələlərinin qarşılıqlı əlaqəliliyi, İsveç ali təhsil müəssisələrində monitorinq və qiymətləndirmə prosesləri, strateji idarəetmə üzrə akkreditasiya meyarları kimi mühüm mövzular haqqında məlumat verib. Z.Babazadə isə beynəlxalq indeksli jurnallar, məqalə çapının təşkili, Stokholm şəhərində yerləşən PHD universitetinin təcrübəsini və elmi tədqiqat sahəsindəki innovasiya modellərini iştirakçılarla bölüşüb.
Tədbir müzakirələr və sual-cavab formasında davam edib.
Bunu da qeyd edək ki, Bakı Biznes Universitetinin koordinatorluğu ilə icra edilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı layihə Erasmus+ proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən maliyyələşdirilir.

Nəşr edilib : 03.04.2023 20:23