AZ EN RU

“Naxçıvan” Universitetində “Heydər Əliyev təqaüdü” təsis edilib

“Ali təhsilində yüksək nəticə əldə etmiş tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis edilib”- bu barədə “Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov təqaüdçülərin təqdim edilmə mərasimdə danışıb. Bildirib ki, “Heydər Əliyev təqaüdü”nün təsis edilməsi Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı universitetin Tədbirlər Planında öz əksini tapıb.

      Qeyd edib ki, müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir:

"Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizlə yanaşı, müasir Azərbaycanın banisi, ölkəmiz inkişafı üçün müstəsna xidmətləri olan dahi liderin xatirəsini əziz tutmaq bizim üçün şərəfdir. Fəaliyyətinin bütün dövrlərində Heydər Əliyev canından əziz bildiyi doğma vətəninin və xalqının mənafelərini daim müdafiə etmiş, respublikamızın inkişafı üçün böyük işlər həyata keçirmişdir. “Naxçıvan” Universiteti ailəsi olaraq biz Ümummilli Liderin Azərbaycanın xoşbəxt gələcəyi naminə gördüyü misilsiz xidmətləri daim xatırlayır və diqqətdə saxlayırıq. Bu gün universitetdə “Heydər Əliyev təqaüdü” nün təsis və təqdim edilməsi də buna əyani sübutdur. İnanıram ki, bu təqaüd tələbələrimiz üçün stimul olacaq”.

Məlumat üçün bildirək ki, “Heydər Əliyev təqaüdü” “Naxçıvan” Universitetinin hər fakültəsindən bir nəfər tolmaqla ali təhsillərində yüksək göstəriciləri olan tələbələrə verilib. Hazırda universitetin 4 tələbəsinə- “Pedaqoji” fakültədən Minə Abdullayeva, “İdarəetmə” fakültəsindən Turac Zeynalov, “Xarici dillər” fakültəsindən Nursel Həsənzadə və “İqtisadiyyat” fakültəsindən Gülşən Əhmədovaya “Heydər Əliyev təqaüdü” verilib.

Sonda tələbələr universitet rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Nəşr edilib : 30.03.2023 01:06