AZ EN RU

“Naxçıvan” Universitetində Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Bu gün “Naxçıvan” Universitetində 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən “Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov peşə bayramı münasibətilə universitetin bütün professor-müəllim heyəti üzvlərinə universitetin təsisçisi və onun nümayəndəsinin təbriklərini çatdırıb, onlara elmi və pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.

Həyatını xalqın işıqlı gələcəyinə həsr edərək yüksək fədakarlıq nümayiş etdirən müəllimlərin əməyinin əvəzedilməz olduğunu bildirən Anar Kazımov universitetdə yeni dövrün tələblərinə uyğun və vətənpərvər ali təhsilli kadrların yetişdirilməsində pedaqoji heyətin mühüm pay sahibi olduğunu qeyd edərək bildirib "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram..."

Heydər Əliyevin bu sözləri müəllim peşəsini necə də gözəl ifadə edir. Bəli Azərbaycan müəllimi bütün dövrlərdə olduğu kimi bu gün də layiqli vətəndaş yetişdirmə missiyasını  yerinə yetirməyə davam edir”.
Beynəlxalq Müəllimlər Gününün tarixinindən söz açan rektor Anar Kazımov müəllimlik fəaliyyətinin bütün dövrlərdə şərəfli peşə hesab olunduğunu qeyd edib. Hazırda ölkədə həyata keçirilən təhsil siyasətinin prioritetlərindən danışan rektor dövlətin müəllimlərə göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edib.

 “Naxçıvan” Universitetinin akademik potensialın gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər və yaradılan imkanlar barədə ətraflı məlumat verən Anar Kazımov bu istiqamətdə müəllimlərin üzərinə düşən vəzifələri diqqətə çatdırıb.

Həyatını xalqın işıqlı gələcəyinə həsr edərək yüksək fədakarlıq nümayiş etdirən müəllimlərin əməyinin əvəzedilməz olduğunu bildirən Anar Kazımov universitetdə yeni dövrün tələblərinə uyğun və vətənpərvər ali təhsilli kadrların yetişdirilməsində pedaqoji heyətin mühüm pay sahibi olduğunu qeyd edərək bildirib "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram..."

Heydər Əliyevin bu sözləri müəllim peşəsini necə də gözəl ifadə edir. Bəli Azərbaycan müəllimi bütün dövrlərdə olduğu kimi bu gün də, layiqli vətəndaş yetişdirmə missiyasını  yerinə yetirməyə davam edir”.

Tədbirdə çıxış edən akademik heyət üzvləri-professor Nazim Əhmədov və professor Sədaqət Həsənova Beynəlxalq Müəllimlər Günü münasibətilə həmkarlarını təbrik ediblər, eləcə də göstərilən diqqətə, yaradılan şəraitə görə universitetin təsisçisinə və onun nümayəndəsinə təşəkkürlərini çatdırıblar.

“Naxçıvan” Universitetinin professor və müəllim heyətini özəl gün münasibətilə təbrik edən Pedaqoji fakültə dekanı, dosent Lalə Allahverdiyeva Azərbaycan müəlliminin hər zaman nüfuzlu olduğunu və universitetdə təcrübəli və gənc müəllimlərin çalışdığını deyib.

“Naxçıvan” Universitetinin hər gəncin arzusu olan bir ali məktəb olduğunu qeyd edən universitetin Tələbə Gənclər Təşkilatının sədri Altay Cəfərli bu gün də elm mərkəzinin ən sevilən təhsil ocaqlarından olduğunu deyib.

Universitetin ictimai həyatında yüksək fəallıq göstərdiklərinə, uzunmüddətli elmi-pedaqoji fəaliyyətlərinə və təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllim universitet rəhbərliyi tərəfindən qiymətli hədiyyələrlə təltif olundular.

Tədbir Beynəlxalq Müəllimlər Günü ilə bağlı videoçarxın nümayişi və tələbələrin hazırladığı konsert proqramı ilə yekunlaşıb.

Nəşr edilib : 05.10.2023 22:47