AZ EN RU

"Naxçıvan” Universiteti ilə də bağlı olan istiqamətlər , məlumatlar müvafiq mərhələlərlə ictimailəşdiriləcəkdir"

Bunu Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov jurnalistlərə açıqlamasında bildirib: "Məlum brifinqdə Azərbaycan Respublikası Elm və Təhsil naziri Emin Əmrullayev tərəfindən “Naxçıvan” Universitetinin bağlanması ilə bağlı media qurumlarına müəyyən məlumat verilidi. Qeyd edim ki, Naxçıvan Muxtar Respublikasındakı Ali təhsil müəssisələri Naxçıvan Muxtar Respublikası təhsil nazirliyinin tabeliyində olan müəssisələr kimi fəaliyyət göstərmir. Onların birbaşa tabeçiliyi Azərbaycan Respublikası Elm və Təhsil nazirliyindədir. İstənilən halda ali təhsil müəssisəsinin qurumlarının fəaliyyətinin dayandırılması ilə bağlı məzmunda ictimaiyyətə müvafiq məlumatlar ötürülür. “Naxçıvan” Universiteti  ilə bağlı olan istiqamətlər, məlumatlar müvafiq mərhələlərlə ictimailəşdiriləcəkdir. Əlavə olaraq onu qeyd edə bilərəm ki, bu məzmunda artıq təcrübə var. Azərbaycan Respublikasının bundan əvvvəl müəyyən özəl məktəblərin bağlanması və tələbələrin köçürülməsai ilə bağlı təcrübəsi var. Həmin məzmunda böyük ehtiamalı ki tətbiqlər ediləcəkir. Bunun artıq təlimtı, qanuna uyğun qaydaları artıq formalaşıb".

Nəşr edilib : 06.03.2024 17:35