AZ EN RU

“Naxçıvan” Universiteti beynəlxalq reytinq cədvəllərində uğur qazanıb

“Naxçıvan” Universiteti uniRank və Webometrics kimi dünya universitetlərinin nüfuzlur eytinq sistemləri tərəfindən fərqli kateqoriyalarda qiymətləndirilib. Belə ki, dünya universitetlərinin veb populyarlığını müəyyən edən uni Rank reytinqinin seçim meyarlarına cavaba verən Azərbaycanın 41 universiteti arasında 28-ci yerin sahibi olub.

UniRank reytinqində “Naxçıvan” Universitetinin tarixi, təqdim olunan təhsil, kitabxana, mübadilə imkanları, həmçinin akademik və qeyri-akademik xidmətləri və digər məlumatlar əks olunub. Qiymətləndirmədə əsas meyarlardan biri müstəqil veb-saytın olması və daha çox istifadəçiyə çatdırılmasıdır.

Webometrics reytinq sistemində isə “Naxçıvan” Universiteti İmpact Rank (Təsir dərəcəsi), Oppeness Rank (Şəffaflıq dərəcəsi) və Excellence Rank (Mükəmməllik dərəcəsi) kateqoriyaları üzrə 29-cu yerdə qərarlaşıb. Bu nəticələr, universitetin yüksək təhsil standartlarına malik olduğunu və digər ali təhsil ocaqları ilə rəqabət edə biləcək səviyyədə dayandığını göstərir.

Qeyd edilib ki,  universitet yenilikçi araşdırmalar, təhsil keyfiyyəti və tələbə məmnuniyyəti kimi faktorlara diqqət yetirərək gələcəkdə daha yüksək göstəricilərə nail olmağı, digər nüfuzlu universitet reytinq sistemlərində tanınmağı hədəfləyir. “Naxçıvan” Universiteti beynəlxalq platformada özünü daha yaxşı tanıtmağı və tələbələrinə mükəmməl bir təhsil təcrübəsi təklif etməyi planlaşdırır.

Məlumat üçün bildirək ki, sözügedən reyting sistemləri dünya üzrə akkreditasiya olunan ali təhsil müəssisələrinin vebpopulyarlığı üzrə təhlilini ehtiva edən beynəlxalq ali təhsil direktoriyası və axtarış sistemləridir. 2004-cü ildən keçirilən “Webometrics” və 2005-ci ilin may ayından etibarən ildə iki dəfə nəşr olunan uniRank reytinqinin hədəfi dünya universitetləri və kolleclərinin veb -səhifələrinin populyarlığını əks etdirməkdir. Bu isə əcnəbi tələbələrə və akademik heyətə hər hansı ölkə daxilində universitet və kollecin nə dərəcədə populyar olması barədə məlumat əldə etməyə imkan verir.

“Naxçıvan” Universitetinin

mətbuat xidməti

Nəşr edilib : 15.02.2023 15:47