AZ EN RU

“Naxçıvan” Universiteti Avropa Universitetlər Birliyinə (EUA) daxili olub

Avropanın 48 ölkəsində 800-dən çox universiteti və milli rektorların konfranslarını təmsil edən Avropa Universitetlər Birliyi (EUA) Avropa İttifaqının ali təhsil, tədqiqat və innovasiya siyasətlərinə təsir göstərməkdə mühüm rol oynayır.
Bu birliyə daxil olmaqla “Naxçıvan” Universiteti bir çox universitetləri əhatə edən layihələrdə, tədbirlərdə və Avropa universitetləri ilə birgə öyrənmə fəaliyyətlərində iştirak etməklə ən yaxşı təcrübələrdən faydalanacaq, Avropa İttifaqı maliyyələşdirmə proqramlarından yararlanaraq layihələrdə iştirak edəcək, Avropa İttifaqına üzv olan 100-dən çox ekspert və geniş spektrli tərəfdaşlarla intensiv məsləhətləşmələr aparacaq, üzv olan hər bir təhsil müəssisəsi təlim və tədris, keyfiyyətin təminatı və tədqiqat kimi əsas missiyalara dair birgə mübadilə həyata keçirəcəkdir.
Qeyd edək ki, “Naxçıvan” Universiteti  Avropa Universitetlər Birliyinin (EUA) üzvlüyündə yer alan 5 Azərbaycan universitetindən biridir.

Nəşr edilib : 03.11.2023 16:09