AZ EN RU

Naxçıvan Tibb Kolleci 2023-2024-cü tədris ili üçün Hərbi feldşer işi ixtisasına tələbə qəbulu elan edir

    Naxçıvan Tibb Kollecinin Hərbi feldşer işi ixtisasında təhsil Azərbaycan dilində, əyani formada 3 il müddətinə aparılır. Dövlət təhsil­alanların qeyd olunan ixtisas üzrə pulsuz təhsil almaq hüququnu təmin edir. Hərbi feldşer işi ixtisasına cari ildə tam orta ümumtəhsil müəssisəsini bitirən, sentyabr ayının 15-nə kimi 19 yaşı tamam olmayan və hərbi-həkim komissiyasının rəyinə əsasən təhsil almağa yararlı sayılan oğlanlar qəbul edilir. Naxçıvan Tibb Kollecinin Hərbi feldşer işi ixtisasına qəbul olunmaq istəyən namizədlər 1.4.2023-cü il tarixdən 28.4.2023-cü il tarixədək Naxçıvan Tibb Kollecinin direktoruna ərizə ilə müraciət etməlidirlər.
    Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:
    1.“Abituriyentin elektron ərizəsi”nin surəti;
    2. Şəxsən yazılmış tərcümeyi-hal;
    3. Doğum haqqında şəhadətnamənin surəti (məktəbin direktoru tərəfindən təsdiq olunmuş);
    4. Şəxsiyyət vəsiqəsinin surəti (məktəbin direktoru tərəfindən təsdiq olunmuş);
    5. Cari ildə məzun olması haqqında arayış;
    6. Təhsil aldığı yerdən xasiyyətnamə;
    7. 2 ədəd rəngli fotoşəkil (3 x 4);
    8. Valideynlərin və ya qəyyumluq edən şəxslərin razılıq ərizələri ( valideynləri vəfat etdiyi halda ölüm haqqında şəhadətnamənin surəti);
    9. Tibbi göstərişlərə görə qanın Vasserman, İİÇV seroloji reaksiyasına və hepatit B, C daşıyıcılığına müayinəsinin nəticələri;
    10. Psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi xəstəliklər üzrə qeydiyyatda olub- olmadığı haqqında arayışlar; 
Naxçıvan Tibb Kollecinin Hərbi 
feldşer işi ixtisasına qəbul 
aşağıdakı qaydada həyata keçirilir
    Namizədlər “Abituriyentin elektron ərizə”sində orta ixtisas təhsil formasını seçərək, Naxçıvan Tibb Kollecinin direktoruna ərizə ilə müraciət edir və Hərbi-həkim komissiyasından keçirilir (namizəd hərbi xidmətə yararlığını təyin etmək üçün Naxçıvan Tibb Kollecinin göndərişi əsasında Hərbi-həkim komissiyasından keçirilərək rəy alır). Hərbi-həkim komissiyasından keçmənin tarixi sənəd qəbulu vaxtı bildiriləcəkdir. Hərbi-həkim komissiyasından müvəffəqiyyətlə keçmiş namizədlər qeydə alınaraq, namizədlərin adlı siyahısı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndərilir. Qeydə alınan namizədlər ixtisas seçimi zamanı Naxçıvan Tibb Kollecinin Hərbi feldşer işi ixtisasını seçməlidir. Namizədlər Hərbi feldşer işi ixtisasına Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahan nəticələri əsasında qəbul edilirlər.
    Hərbi-həkim komissiyasının rəyinə əsasən qeyd olunan ixtisas üçün yararlı sayılan, ixtisas seçimi zamanı Naxçıvan Tibb Kollecin Hərbi feldşer işi ixtisasını seçmiş və qəbul üçün keçid balını toplamış namizədlər qeyd olunan ixtisasa qəbul olunur. Hərbi feldşer işi ixtisasına sənədlərin qəbulu  1 aprel 2023-cü il tarixdən 28 aprel 2023-cü il tarixədək Naxçıvan Tibb Kollecində aparılacaq.

Əlaqə nömrələri: 545-03-53, 545-03-52

Nəşr edilib : 15.03.2023 20:53