AZ EN RU

Naxçıvan Tibb Kolleci 2022/2023-cü tədris ili üçün Hərbi feldşer işi ixtisasına tələbə qəbulu elan edir

    Naxçıvan Tibb Kollecinin Hərbi feldşer işi ixtisasında təhsil Azərbaycan dilində, əyani formada 3 il müddətinə aparılır. Dövlət təhsilalanların qeyd olunan ixtisas üzrə pulsuz təhsil almaq hüququnu təmin edir. Hərbi feldşer işi ixtisasına cari ildə tam orta ümumtəhsil müəssisəsini bitirən, sentyabr ayının 15-nə kimi 19 yaşı tamam olmayan və hərbi-həkim komissiyasının rəyinə əsasən təhsil almağa yararlı sayılan oğlanlar qəbul edilir.
    Naxçıvan Tibb Kollecinin Hərbi feldşer işi ixtisasına qəbul olunmaq istəyən namizədlər 01.04.2022-ci il tarixdən 30.04.2022-ci il tarixədək Naxçıvan Tibb Kollecinin direktoruna ərizə ilə müraciət etməlidirlər.
 Ərizəyə aşağıdakı sənədlər
əlavə olunur:
    1. “Abituriyentin elektron ərizəsi”nin surəti
    2. Şəxsən yazılmış tərcümeyi-hal
    3. Doğum haqqında şəhadətnamənin surəti (məktəbin direktoru tərəfindən təsdiq olunmuş)
    4. Şəxsiyyət vəsiqəsinin surəti (məktəbin direktoru tərəfindən təsdiq olunmuş)
    5. Cari ildə məzun olması haqqında arayış
    6. Təhsil aldığı yerdən xasiyyətnamə 7. 2 ədəd rəngli fotoşəkil (3 x 4)
    8. Valideynlərin və ya qəyyumluq edən şəxslərin razılıq ərizələri ( valideynləri vəfat etdiyi halda ölüm haqqında şəhadətnamənin surəti)
    9. Tibbi göstərişlərə görə qanın Vasserman, İİÇV sereoloji reaksiyasına və hepatit B, C daşıyıcılığına müayinəsinin nəticələri
    10. Psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi xəstəliklər üzrə qeydiyyatda olub-olmadığı haqqında arayışlar.

Nəşr edilib : 17.03.2022 19:28