AZ EN RU

Naxçıvan təmsilçisi medalçılar sırasında

Abşeron Olimpiya İdman Kompleksində stronqmen, strictcurl və street liftinq idman növləri üzrə Azərbaycan çempionatı və birinciliyi keçirilib. Yarışda “Naxçıvan” komandasını təmsil edən Turqay Qəribli uğurlu nəticələrə imza atıb. İdmançı streetliftinq, loq liftinq, armfliftinq və strictcurl növlərinin hər birində ikinci olaraq 4 gümüş medal qazanmağa müvəffəq olub. Turqayın növbəti hədəfi İspaniyada keçiriləcək Avropa çempionatıdır.

Nəşr edilib : 25.04.2024 20:39