AZ EN RU

Naxçıvan Televiziyasına yeni sədr müavini təyinatı olub

Naxçıvan Televiziyasına daha bir sədr müavini təyin edilib

Noyabrın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov İlhamə Tofiq qızı Novruzovanın “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini təyin edilməsi barədə sərəncam imzalayıb. Qeyd edək ki, ölkənin bir sıra aparıcı media qurumlarında işləyən İlhamə Novruzova bu təyinatdan əvvəl “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində Xəbərlər departamentinin direktoru vəzifəsində çalışırdı.

Qeyd edək ki, "Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin digər bir sədr müavini Xaliq Babayevdir.

Nəşr edilib : 02.11.2023 17:05