AZ EN RU

Naxçıvan Televiziyası xəbərin mərkəzindədir

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Bakı bürosu fəaliyyətə başlayıb. Artıq doğma kanal bundan sonra paytaxt Bakı şəhərində və Azərbaycanın digər bölgələrində də baş verən hadisələrlə bağlı yerli tamaşaçılara operativ şəkildə məlumat verəcək, xəbərin mərkəzində olmaqla öz maraqlı süjet və verilişləri ilə tamaşaçılarının diqqətində olmağa davam edəcək. Baş verən aktual, maraqlı və önəmli hadisələri izləyicilərinə təqdim edən televiziya bu gün öz tamaşaçılarına növbəti süjetini təqdim etdi.  Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Füzuli şəhərinə köç edən Füzuli sakinlərinin sevincini lentə alan televiziya kadrlarını izlədikcə qürur hissi keçirdik. "Şərq qapısı" kollektivi olaraq doğma televiziyamızın uğuruna ürəkdən sevinir, televiziyanın kollektivinə yeni yaradıcılıq uğurları arzu edirik. Tezliklə, doğma kanalımızda Bakını Naxçıvana birləşdirən dəmir yolundan görüntülər izləmək diləyilə… 

Gülcamal TAHİROVA

Şərq qapısı

Nəşr edilib : 18.01.2024 21:31