AZ EN RU

Naxçıvan Teatrlarında növbəti həftə nümayiş olunacaq tamaşalar

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında dekabrın 11-də saat 19:00-da A.Babayevin “Xilaskar” əsəri əsasında hazırlanan eyniadlı tamaşa, dekabrın 13-ü, saat 16:00-da Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası, dekabrın 16-da, saat 19:00-da N.V.Qoqolun eyniadlı əsəri əsasında hazırlanan “Müfəttiş” tamaşası nümayiş olunacaq.

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında dekabrın 16-da, saat 12:00 və 15:00-da Xalq artisti Şirzad Abutalıbov tərəfindən səhnələşdirilən “Qoğalın sərgüzəşti” tamaşası nümayiş olunacaq.

Nəşr edilib : 11.12.2023 09:59