AZ EN RU

Naxçıvan teatrlarında bu həftə nümayiş olunacaq tamaşalar

    Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında  dekabrın 9-u saat 19:00-da  Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası nümayiş olunacaq.
    Naxçıvan Dövlət Uşaq Teatrında dekabrın 9-u saat 12:00-da Vüsal Rzayevin “Cəsur dovşan” əsəri əsasında hazırlanan eyniadlı tamaşa göstəriləcək.
    Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrında dekabrın 9-u saat 12:00 və 15:00-da Bayram İsgəndərlinin “Yalanlara inanmayaq” əsəri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş ediləcək.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 04.12.2023 18:22