AZ EN RU

Naxçıvan teatrları bayram repertuarlarını açıqlayıb

Cəlil  Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı “Çırtdan Novruza gəlir” nağıl-tamaşası ilə bayram günlərində teatrsevərlərin qarşına çıxacaq. Tamaşa 20 mart tarixdə 15:00-da, 21, 22, 23 mart tarixlərində isə saat 12:00-da nümayiş olunacaq.

Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının bayram repertuarı olduqca zəngindir. Belə ki, kuklaçılar 20 martda “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil edilən Bahar festivalında V.Haqverdiyevin "Saçları səməni oğlan" tamaşasını nümayiş etdirəcək. Teatrda 21 martda  "Saçları səməni oğlan", 22 martda Ə.Abbasovun "Keçinin qisası", 23 martda K.Ağayevanın "Göyçək Fatma”, 24 martda Ş.Abutalıbovun "Qoğalın sərgüzəşti", 25 martda V.Haqverdiyevin "Saçları səməni oğlan", 26 martda K.Ağayevanın "Tıq-tıq xanım" tamaşaları təqdim ediləcək. Səhnə əsərləri qeyd olunan günlərdə saat  11:00, 13:00, 15:00-da balaca dostların görüşünə gələcək.

Naxçıvan Dövlət Uşaq Teatrı isə 20 və 22 mart tarixlərdə, saat 12:00 və 14:00-da “Bahar xanımın inadkarlığı”, 21 və 23 mart tarixlərdə isə həmin saatlarda “Siçanlar və pişiklər” tamaşası ilə balaca dostların qarşısına çıxacaq.

Naxçıvan Muxtar Respublikasının

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 18.03.2024 12:28