AZ EN RU

Naxçıvan Teatrının əməkdaşları Avrasiya Teatrlar Birliyi tərəfindən keçirilən V Maltepe Beynəlxalq Teatr Festivalında iştirak edib

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının direktoru, Xalq artisti Rza Xudiyev və aktyor, Prezident mükafatçısı Nəsimi Məmmədzadə 11-15 oktyabr tarixlərində İstanbulda Avrasiya Teatrlar Birliyi tərəfindən keçirilən V Maltepe Beynəlxalq Teatr Festivalında iştirak edib.

Nəsimi Məmmədzadə Birliyin Naxçıvan Muxtar Respublikası üzrə təmsilçisi, Naxçıvan Teatrı isə Avrasiya Teatrlar Birliyinə üzv seçilib.

Qeyd edək ki, Avrasiya Teatrlar Birliyi 13 sentyabr 2019-cu ildə təsis olunub.
Festivalda Azərbaycanla yanaşı Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Portuqaliya, Ukrayna olmaqla, 28 ölkədən 200-ə yaxın teatr işçisi iştirak edib.

Naxçıvan Muxtar Respublikasının

 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 17.10.2023 14:56