AZ EN RU

Naxçıvan teatrında “Skapenin kələkləri” tamaşasının premyerası keçirilib

Yanvarın 13-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında fransız dramaturq Molyerin eyniadlı əsəri əsasında səhnələşdirilən “Skapenin kələkləri” tamaşasının premyerası keçirilib.

Tamaşanı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, nümayəndəliyinin əməkdaşları, digər rəsmi şəxslər və ictimaiyyət nümayəndələri izləyiblər.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mirqabil Əkbərov, rejissor assistenti Mehri Nəbiyeva, quruluşçu rəssamı əməkdar rəssam Səyyad Bayramovdur. Səhnə əsərində rolları xalq artisti Rövşən Hüseynov, əməkdar artist Əbülfəz İmanov, aktyorlar Cəbrayıl Nəbiyev, Məmməd Mehdiyev, Uğur Nəsirli, Ləman Vəliyeva, Səkinə Məmmədova, Ələsgər Quliyev, Şölə Alışova və Nurlan Sultanlı ifa ediblər.

Düşündürücü və komik səhnələri ilə maraq cəlb edən səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

Nəşr edilib : 15.01.2024 16:03