AZ EN RU

Naxçıvan Teatrında “Sən qalibsən, Azərbaycan” adlı kompozisiya təqdim edilib

Noyabrın 7-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında Zəfər Gününə həsr olunmuş “Sən  qalibsən, Azərbaycan” adlı kompozisiya təqdim edilib. Naxçıvan Teatrının və Naxçıvan Musiqi Kollecinin birgə təşkil etdiyi kompozisiyanın quruluşçu rejissoru Mir Qabil Əkbərovdur.

Kompozisiyada teatrın aktyorlarının ifasında işğaldan azad olunmuş şəhərlərlə bağlı məlumatlar səsləndirilib, vətənpərvərlik  ruhunda şeirlər qiraət olunub, Zəfər ovqatlı mahnılar, rəqslər təqdim edilib.

Qeyd edək ki, milli qürur, şərəf günümüz olan Zəfər Günü ilə bağlı muxtar respublikanın mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilir, konsert proqramları təqdim edilir.

Naxçıvan Muxtar Respublikasının

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 08.11.2023 16:12