AZ EN RU

Naxçıvan Teatrında “Qatarın altına atılan qadın” tamaşasının premyerası olacaq

Bu gün saat 19:00-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında yazıçı Afaq Məsudun “Qatarın altına atılan qadın” pyesinin premyerası olacaq. 

Teatrın gənc rejissoru Əlisahib Cəlilovun quruluş verdiyi səhnə əsrinin quruluşçu rəssamı Əməkdar rəssam Səyyad Bayramov, rejissor assistenti Əməkdar artist Behruz Haxverdiyevdir. Səhnə əsrində Əməkdar artistlər-Nazlı Hüseynquliyeva, Əli Əliyev, Behruz Haxverdiyev, aktyorlardan Zakir Fətəliyev, Vəfa Qurbanova, Ləman Vəliyeva və digərləri rol alır.

Tamaşa görkəmli sənət adamının həyat faciəsindən bəhs edir.

Qeyd edək ki, “Qatarın altına atılan qadın” tamaşası ilk dəfədir ki, Naxçıvan Teatrında nümayiş olunur.

Nəşr edilib : 10.02.2024 13:10