AZ EN RU

Naxçıvan Teatrı xeyriyyə tamaşası verəcək

Türkiyədə baş verən zəlzələdən zərər görmüş qardaş-bacılarımıza yardım məqsədilə fevralın 9-u və 10-da Naxçıvan teatrının səhnəsində K.Çapekin "Ana" dramı oynanılacaq.

Tamaşalardan toplanan vəsait qardaş Türkiyəmizdə zəlzələdən zərər çəkən insanlara yardım olaraq göndəriləcək. Tamaşalar hər iki gündə saat 19:00-da başlayacaq.

Biletlər tamaşadan iki saat əvvəldən teatrın kassasında satılır. Qiyməti 3 manatdır.

Hər kəsi bu xeyriyyə aksiyasında iştiraka dəvət edirik.

Nəşr edilib : 09.02.2023 16:17