AZ EN RU

Naxçıvan teatrı I Beynəlxalq TÜRKSOY Teatr Festivalında iştirak edəcək

    Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən I Beynəlxalq TÜRKSOY Teatr Festivalında iştirak edəcək. Yaradıcı heyət fransız yazıçısı Viktor Hüqonun “Edama məhkumun son günü” əsərinin motivləri əsasında səhnələşdirilən eyniadlı tamaşa ilə oktyabrın 31-də, saat 1900-da  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində teatrsevərlərin qarşısına çıxıb.
    Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mir Qabil Əkbərov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov, xoreoqrafı Lamiyə Əliyevadır. Səhnə əsərində rolları Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev, Mehri Nəbiyeva və Məmməd Mehdiyev  ifa edir. 
    Qeyd edək ki, oktyabrın 30-da teatrın yaradıcı heyəti eyniadlı tamaşanı Sumqayıt Dövlət Dram Teatrında da nümayiş  etdirib.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 31.10.2023 15:18