AZ EN RU

Naxçıvan səhiyyəsində ilk

Naxçıvan Sağlamlıq Mərkəzinin həkimi, ortopediya və travmatologiya uzmanı  Anar Ələkbərov tərəfindən Naxçıvan şəhər sakini, 68 yaşlı Zeynəb Əliyevanın qolunun  bazu sümüyünün  orta nahiyəsindəki sınığın bərpa edilməsi əməliyyatı aparılıb. 
 Qeyd edək ki, bazu sümüyünə intramedulyar mil yerləşdirməklə  sınıq parçaların sabitlənməsi əməliyyatı aparılıb ki, bu Naxçıvan səhiyyəsində bir ilkdir. Adətən, bu əməliyyatlar metal lövhə və vintlərlə  həyata keçirilir. 
Ortopediya və travmatologiya uzmanı  Anar Ələkbərov
muxtar respublikada ilk dəfə olaraq  sümük içinə xüsusi mil yerləşdirməklə sümüyü  xaricindən yox ,daxilindən sabitləyərək  sınıq parçaları öz yerinə yerləşdirib. 
Qeyd edək ki,bu üsul xəstənin əməliyatdan dərhal sonra sınıq qolunu tam istifadə etməsinə  imkan verib.  Bildirək ki,bu əməliyyat qaydası dünyada hazırda ən müasir qəbul edilən cərrahiyyə üsuludur.
Qeyd edək ki,xəstə birgünlük stasionar yatışdan sonra evə buraxılıb. Vəziyyəti qənaətbəxşdir.

Nəşr edilib : 09.06.2024 14:17