AZ EN RU

Naxçıvan şəhərinin Tumbul kəndində minik avtomobili yanıb

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərinin Tumbul kəndində "Mersedes" markalı minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
 "Şərq qapısı" xəbər verir ki, dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğının qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Nəşr edilib : 09.06.2024 10:20