AZ EN RU

Naxçıvan şəhərinin su təminatı yaxşılaşdırılır

Naxçıvan Sukanalizasiya İdarəsi tərəfindən Naxçıvan  şəhərinin müxtəlif istiqamətlərində quraşdırılmış siyirtmələrin təmiri və ya yenisi ilə əvəz edilməsi prosesi həyata keçirilir.
İdarədən "Şərq qapısı"na bildirilib ki, mayın 16-dan etibarən şəhərin 10-cu küçəsi, Qaraxanbəyli kəndi və Əliabad-Naxçıvan dairəvi avtomobil yolunda müvafiq işlər görülüb.  Təmir, yenilənmə tədbirləri çərçivəsində bu gün Əliabad qəsəbəsində də iki siyirtmə təmir edilib.
Əhalinin su təminatında fasilələrin yaranmaması üçün təmir-bərpa işləri gecə saatlarında aparılır.


Nail ƏSGƏROV

Nəşr edilib : 18.05.2024 10:14