AZ EN RU

Naxçıvan şəhərinin su-kanalizasiya xətlərində 45 qəza, 52 tutulma halı qeydə alınıb

2024-cü ilin yanvar-mart ayları ərzində Naxçıvan Şəhər Su-kanalizasiya İdarəsinə vətəndaşlar tərəfindən ümumilikdə 785 müraciət daxil olub.
İdarədən “Şərq qapısı” qəzetinə bildirilib ki,  müraciətlər əsasında Naxçıvan şəhərinin Xətai məhəlləsində 10,  Qaraçuq, Qaraxanbəyli kəndlərində 5, Əliabad qəsəbəsində 4,  Tumbul kəndində 3, Hacıniyyət kəndində 2, 6-cı məhəllədə 2, Əziz Əliyev küçəsində 2, 6-cı küçədə 2, digər küçə, prospekt və məhəllələrdə 1 su-kanalizasiya xətləri çəkilib. Həmçinin magistral su xəttlərində baş vermiş  45   qəza  və kanalizasiya xətlərində olan 52 tutulma dərhal aradan qaldırlıb. Su sayğaclarının dəyişdilməsi və ya təmiri ilə  bağlı bağlı daxil olmuş 85 müraciətin 81-i icra edilib,  vətəndaşlar tərəfindən verilən ərizələr əsasında 15 su və kanalizasiya xətlərinin yeri dəyişdirlib.
Bundan başqa ilin birinci rübündə şəhərin Xətai məhəlləsi, 10 cu küçə, Qaraxanbəyli və Hacıniyyət kəndlərində nasaz olan siyirtmələrdə təmir bərpa işləri aparılıb, Heydər Əliyev prospekti, Əziz Əliyev, S.C. Pişəvəri, Təbriz, N.Tusi küçələrində, Əliabad qəsəbəsində, Atabəylər və Əlincə məhəllələrində kanalizasiya kollektorları və xəttlərində  toplanmış bərk tullantılar təmizlənib və xüsusi texniki vasitələrlə  yuyulması həyata keçirilib.

Nail ƏSGƏROV

Nəşr edilib : 30.03.2024 10:57