AZ EN RU

Naxçıvan şəhərindəki Şəhidlər xiyabanından fotoreportaj

Bu gün səhər saatlarından başlayaraq Naxçıvan şəhərində yüzlərlə insan Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərimizi xiyabana gedərək ziyarət edib, məzarları üstünə qərənfillər qoyub, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər. Müstəqillik arzumuzu boğmaq məqsədilə törədilən bu faciənin qurbanları, həmçinin Azərbaycanın müstəqilliyi uğrunda 44 günlük Vətən müharibəsində canlarını qurban verən şəhidlərimizin xatirəsi illər keçsə də, hər zaman yüksək tutulur.

Nəşr edilib : 20.01.2024 15:59