AZ EN RU

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var

"Şərq qapısı" xəbər verir ki, hadisə şəhərin Şəhriyar küçəsində (Əliabad yolu) qeydə alınıb. Belə ki, "volkswagen" markalı avtomobillə motosiklet toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Xəsarət alan motosikletin sürücüsü Babək rayon Şıxmahmud kənd sakini, 2008-ci il təvəllüdlü Abdullayev Sərxan İsmayıl oğlu Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti orta-ağırdı.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 09.04.2024 15:19